Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
Juninyonun geri qayıtmaq şansının olduğuna inanmıram. O, hazırda Meksika kimi çox gəlirli liqada çıxış edir.
BUTA TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"a qalib gəldikləri matçdan (2:1) sonra deyib.
“Əgər qayıtmaq istəsə, təbii ki, “yox” demərəm. Az qol vurur, amma vacib qollar vurur. Amma reallıqda bu, bir az çətin görünən məsələdir”, - Q.Qurbanov qeyd edib.