Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib.
Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.
Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı