Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər.

BUTA.TV” xəbər verir ki, bununla bağlı Göylər kəndinin “Facebook” hesabında paylaşım edilib.

Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə görə, Milli Müdafiə Universitetinin nəzdindəki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunmuş Göylər kənd 1 saylı tam orta məktəbin üç məzunu aşağıdakılardır:

1. Fatimə Toğrul qızı Salahova (420 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi;

2. Ayan Əfqan qızı Alıyeva (412 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi;

3. Xumar Şıxməmməd qızı Sayadova (355 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi.

Məlumat üçün bildirək ki, Milli Müdafiə Universiteti 5 mart 2022-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılıb. Həmin tarixli fərmanla Heydər Əliyev adına Ali Hərbi Məktəbin bazasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verilib.