Bakıda supermarketdən turşu aldı: İÇİNDƏN GÖRÜN NƏ ÇIXDI - FOTO - VİDEO
Video
Foto
Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur.
BUTA.TV-a müraciət edən Bakı sakini bildirib ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Neptun" supermarketdən xiyar turşusu alıb.
Vətəndaşın sözlərinə görə, sözügedən məhsul "TALA" brendi ilə satılan xiyar turşusudur.

İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək çıxıb.
Təqdim olunan videoda doğranmış xiyar turşuları arasında milçəyin olduğu müşahidə edilir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Həmçinin məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.