Türkiyəli iş adamı Mehmed Çankaya və dörd Kolumbiya vətəndaşını daşıyan təyyarə Kolumbiyada dağa çırpılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 3 gün öncə qəzaya uğrayan təyyarənin qalıqları təxminən 9000 fut yüksəklikdə, dağlıq ərazidə tapılıb.

Təyyarədə olan beş nəfərin vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.