“Badamlı” suyunda mamır aşkarlanıb?
Video
“Badamlı” markalı su ilə bağlı sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, aparıcı Ramal İsayev paylaşdığı videoda “Badamlı” suyu ilə bağlı görüntüləri təqdim edib. Videoda butulkanın içərisində yaşılabənzər çöküntü və yad maddəyə oxşar görüntülərin olduğu görünür.
Paylaşımda bunun mamır olduğu iddia edilir və suyun bu vəziyyətdə necə satışa çıxdığı, eləcə də məhsulun keyfiyyətinə kimin nəzarət etdiyi sual olunur.
Hadisənin konkret səbəbinin və məhsulun təhlükəsizlik baxımından uyğun olub-olmadığının müəyyənləşdirilməsi üçün müvafiq araşdırmanın aparılması zəruridir.
Qeyd: Görüntülərdəki maddənin laboratoriya müayinəsi olmadan məhz mamır olduğunu təsdiqləmək mümkün deyil.