Bu gün Şamaxıda Üzüm və Şərab Festivalının ikinci günüdür.

BUTA.TV” xəbər verir ki, qonaqlar festivalda axşam saatlarınadək  pavilyonları gəzərək müxtəlif növ üzüm və üzüm məhsullarının, şərabların dadına baxa bilər.

Bu gün festivalın əyləncədolu proqramında  Avroviziya təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamonun çıxışları olacaq.