Türkiyədən Ermənistanın suverenliyinə təhdid yoxdur
Türkiyədən Ermənistanın suverenliyinə heç bir təhdid görmürəm.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
“Avqustun 8-dən etibarən (2025-ci il 8 avqustda Ağ Evdə keçirilən sammit nəzərdə tutulur - red.) ümumiyyətlə hər hansı təhlükə görmürəm. Həmçinin Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğunu Türkiyə amili ilə əlaqələndirmək istəmirəm”, - o bildirib.
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı