Avropadakı bu fabriklər hədəfimizdədir - Zaxarova
Ukrayna üçün silah və sursat istehsal edən Avropa müəssisələri təhlükəsiz deyil və Rusiya hücumları üçün qanuni hədəfə çevrilə bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Bir daha xatırlatmaq istəyirəm ki, Ukrayna üçün silah istehsal edən Avropa ölkələrindəki silah fabrikləri Rusiya üçün potensial hərbi hədəflərdir. Kiyev rejimi üçün silah istehsal edən hərbi fabriklərin Ukrayna ərazisindən kənarda təhlükəsiz olacağını düşünmək olmaz. Bunu düşünən hər kəs səhv edir", - deyə o qeyd edib.
Ehtiyyac içində yaşayıram, övladlarım işsizdir - Xalq artisti