Londondan İstanbula uçan "AJet" şirkətinə aid təyyarədə sərxoş sərnişin insident yaradıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Turkiye Today" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bələdçi qadın sərnişinlərdən birinin yanındakı şəxsə qarşı təcavüzkar hərəkətlərinin qarşısını almağa çalışıb. Bu zaman sərxoş kişi stüardessanı dişləyib. Daha sonra isə başqa bir sərnişinə hücum çəkib. Təyyarə eniş edənə qədər ekipaj üzvləri öz gücləri hesabına qaydanı pozan şəxsi zərərsizləşdirməyi bacarıblar.

Hava limanında isə həmin kişi polisə təhvil verilib. "AJet" aviaşirkəti bu şəxsi "qara siyahı"ya salaraq, ona öz reyslərindən istifadə etməyi ömürlük qadağan edib.

“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ “Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ