Təyyarəni israilli santexnik xilas edib - Tramp
“Flydubai” təyyarəsini qəzadan israilli santexnik xilas edib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Kişi kabinədən gələn səsi eşidib, içəri girib və ikinci pilotu oturacağından çıxarıb. Həmin anda təyyarə kəskin şəkildə enirdi və sərnişin “Təyyarə qəzası” televiziya proqramından pilotluğun əsaslarını xatırlayaraq idarəetməni bərpa etməyi bacarıb.
Daha sonra əlavə pilotlar və təhlükəsizlik işçiləri kabinəyə çatıb və idarəetməni ələ keçiriblər”, - o bildirib.
Trampın sözlərinə görə, hadisənin təfərrüatını ona İsrail Baş naziri Benyamin Netanyahu danışıb.
Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi bildirilib.
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ