Sentyabrın 2-də Voronej vilayətinin Fridrix Engels küçəsində yerləşən 33 nömrəli evin həyətində qonşular arasında kütləvi dava olub.

Sakinlər təhlükəsizlik kameralarının görüntülərini sosial şəbəkələrdə paylaşaraq hadisə barədə məlumat veriblər.

BUTA.TV-un xəbərinə görə, kadrlarda kişilərin, qadınların və hətta bir itin də yer aldığı kütləvi əlbəyaxa dava əks olunub. Dava edənlərin arasına alt paltarında qaçaraq müdaxilə edən sakin isə xüsusilə diqqət çəkib.

"36ON" nəşrinin məlumatına görə, Rusiya DİN-in 6 saylı Polis Şöbəsinə münaqişə iştirakçılarından biri tərəfindən şikayət daxil olub. Zərərçəkən ərizəsində qonşusu ilə əlbəyaxa münaqişə zamanı xəsarət aldığını bildirib.

"Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir. Təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müvafiq prosessual qərar qəbul ediləcək", - deyə Rusiya DİN-in Voronej vilayəti üzrə Baş İdarəsindən bildirilib.



BUTA.TV

“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ “Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə ŞOK MÜSAHİBƏ