Bazar günü leysan olacaq
Oktyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “BUTA.TV”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 04-ü gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək.
Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-20° isti, dağlarda 0-5° isti, gündüz 6-10° isti olacaq.
“Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi