Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. 

“BUTA.TV” xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov özünün “Telegram” kanalında məlumat yayıb. 

“Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil”, - paylaşımda deyilir. 

Qeyd edək ki, Anatoli Kaşpirovski sovet və postsovet dövründə məşhurlaşmış psixoterapevt və teleaparıcıdır. O, 1980-ci illərin sonlarında televiziya vasitəsilə kütləvi psixoterapiya seansları keçirməsi ilə məşhurlaşıb. Onun fəaliyyətinə münasibət birmənalı olmayıb, tətbiq etdiyi üsullar isə elmi baxımdan mübahisəli hesab edilib. 2006-cı ildə Çelyabinskdə Kaşpirovski xalq təbabəti ilə qanunsuz məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb olunub. 2024-cü ildə isə o, kütləvi seanslarını yenidən bərpa edib və öz brendinin məhsullarını satmağa başlayıb.

“Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi “Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi