Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev müdafiə nazirinin 2 müavinini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifədən azad edib.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin İqamətgahından (Akorda) bildirilib.

Sərəncamlara əsasən, Kanış Abubəkirov müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Almaz Cumakeyev müdafiə nazirinin müavini, Kanat Niyazbekov isə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib.

Qeyd edək ki, sentyabrın 24-də keçirilən təlimlər zamanı 14 hərbçi həlak olub.

Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir? Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?