Dubaydan Təl-Əvivə FZ1073 reysi ilə uçan təyyarənin ikinci pilotu uçuş zamanı kapitana hücum edərək, təyyarənin idarəsini ələ keçirməyə və terror aktı törətməyə cəhd edib.

BUTA.TV xəbər verir ki, bu sözləri BƏƏ-nin Baş prokuroru Həməd Seyf əş-Şəmsi bu gün mediaya açıqlamasında deyib.

Prokurorun sözlərinə görə, ikinci pilot komandirə fövqəladə vəziyyət baltası ilə hücum edib.

“İstintaq davam edir: hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın səbəblərini, hücumçunun motivlərini və mümkün əlaqələrini aydınlaşdırır, eləcə də fiziki və rəqəmsal sübutları araşdırır”, - o bildirib.

Qeyd edək ki, Dubaydan Təl-Əvivə FZ1073 reysi sentyabrın 30-da həyata keçirilib. Uçuş zamanı pilot kabinəsində kapitanla ikinci pilot arasında dava düşüb, daha sonra heyət və sərnişinlər müdaxilə ediblər. Təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Bir neçə heyət üzvü xəsarət alıb.

Hadisə zamanı təyyarə qısa müddətdə 16.000 futdan çox hündürlük itirib. Yaralı kapitan kabin qapısını açmağı bacarıb, bundan sonra təyyarədəki sərnişinlər və digər pilotlar hücumçunu zərərsizləşdirməyə kömək ediblər. Nəticədə təyyarə Təbukda təhlükəsiz şəkildə eniş edib.

Hadisədən sonra “Flydubai” şirkəti İsrailə və İsraildən uçuşları müvəqqəti olaraq dayandırıb.

Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir? Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?