Keniyada Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub.

BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə Keniya polisi məlumat yayıb.

Məlumata görə, qəza Salam şəhərində baş verib.

Belə ki, sahil şəhəri Mombasaya yönələn yük maşınının sürücüsü avtomobil karvanını ötməyə cəhd etsə də, digər yük maşınının arxa sağ hissəsinə toxunub. Zərbənin nəticəsində birinci yük maşınının sürücüsü idarəetməni itirib və qarşıdan gələn iki nəqliyyat vasitəsinə çırpılıb.

Daha sonra o, içərisində 12 sərnişin olan mikroavtobusla toqquşub. Sürücü də daxil olmaqla bütün sərnişinlər həlak olub.

Bundan başqa, birinci yük maşınının sürücüsü də daxil olmaqla, daha 4 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Polis araşdırma aparır.

Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir? Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?