Əgər müstəqil Fələstin dövləti mövcud olarsa, dəvət əsasında bölgəyə Türkiyə qoşunlarının yerləşdirilməsi məsələsi gündəmə gələcək. Türkiyə qoşunlarının mövcudluğu İsrailin cavab tədbirləri görməsinin və ya çəkindirici qüvvə tətbiq etməsinin qarşısını alacaq.

BUTA.TV xəbər verir ki, bunu İsraildən olan təhlükəsizlik eksperti Dan Şuftan ölkə mediasına açıqlamasında deyib.

Türkiyənin bölgədəki mövcudluğunun Təl-Əvivin siyasətinə birbaşa təsir etdiyini vurğulayan Şuftan, Ankaranın mövcud mövqeyinin İsrailin Fələstin dövlətini qəbul etməkdən imtina etməsinin səbəbləri arasında mühüm rol oynadığını irəli sürdü.

“Türkiyənin Afrika regionunda çox əhəmiyyətli bir mövcudluğu var və onlar Qırmızı dənizdə də hərbi mövcudluq yaradacaq. Ərdoğan, Hakan Fidan və digər yüksək vəzifəli türk rəsmilərinin İsrail əleyhinə səsləndirdikləri bəyanatları sadəcə ritorika kimi qiymətləndirib bir kənara qoya bilmərik. Bununla belə, Türkiyə həm regional, həm də qlobal miqyasda ABŞ üçün əvəzolunmaz bir NATO müttəfiqidir”, - ekspert əlavə edib.

Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir? Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?