Rusiya Xarici İşlər Nazirliyi (XİN) digər ölkələrin vətəndaşlarına, o cümlədən diplomatik nümayəndəliklərin əməkdaşlarına Ukraynada qalmağın və bu ölkəyə səfər etməyin təhlükəli olduğu barədə yenidən xəbərdarlıq edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Rusiya silahlı qüvvələri Kiyevdə və Ukraynanın digər şəhərlərində hərbi təyinatlı obyektlərə zərbələr endirməkdə davam edir. Rusiya XİN bunu Ukrayna silahlı qüvvələrinin Rusiyanın dinc əhalisinə və mülki infrastrukturuna hücumlarına cavab adlandırıb.

Nazirlik xatırladıb ki, daha əvvəl Kiyevdə olan xarici vətəndaşlara və diplomatlara şəhəri tərk etmək və Ukraynaya səfər etməkdən imtina etmək, ölkə sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq barədə çağırış edib.

Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir? Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?