Oktyabrın 5-də Ər-Riyadda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi Məsələlər və Müdafiə Komitəsinin növbəti iclası keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraqdaroğlu, həmçinin Pakistan və Səudiyyə Ərəbistanından olan rəsmi şəxslərin iştirakı planlaşdırılır.

Görüşdə regionda baş verən proseslər, həmçinin alyansın institusional əsaslarının formalaşdırılması istiqamətində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunacaq.

Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi