Masallı rayonu Çaxırlı kəndi ərazisində avtomobil tərəfindən vurulması nəticəsində həyatını itirən Abasov Həsənalı Abdulməcid oğlunun ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.


BUTA.TV Xitab24.az-a istinadən xəbər verir ki, hakim qarşısına rayonun Kəlbəhüseynli kənd sakini, 1979-cu il təvəllüdlü Zahid İbrahimov çıxarılıb.


Məlum olub ki, şəhid atası olan Z.İbrahimov Abasov Həsənalını vurduğu “VAZ 2106” markalı avtomobili alkoqollu içkinin və narkotik vasitənin qəbulu nəticəsində sərxoş halda idarə edib. Bundan başqa, onun sürücülük hüququ olmadığı da üzə çıxıb.


Məhkəmə zamanı o da bəlli olub ki, təqsirləndirilən şəxs hadisəni tötərdikdən sonra ərazidən uzaqlaşıb.


Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində hadisədən dərhal sonra polisə və təcili tibbi yardım xidmətinə məlumat verdiyini bildirsə də, bu, sübuta yetirilməyib.


Maraqlıdır ki, Zahid İbrahimov həbs edilməkdən qorxmadığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı düzgün hərəkət etmədiyini və piyadanı vurub qaçdığına görə “əcəb etdiyini” bildirərək, barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirib.


Zərərçəkmişin hüquqi varisi də Z.İbrahimova ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib. O, təqsirləndirilən şəxslə barışmadığını bildirib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən Z.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, vurulmuş mənəvi və maddi ziyanın əvəzi olaraq, Z.İbrahimov Həsənalı Abasovun hüququ varisinə 15000 manat ödəməlidir.

Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir? Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?