Ermənistan elə davranır ki, guya... - Rusiya rəsmisi
Ermənistan hakimiyyəti Rusiya hərbi bazasının Gümrüdən mümkün çıxarılması ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoymağa çalışır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin deyib.
Onun sözlərinə görə, İrəvan rəsmiləri situasiyanı elə təqdim etməyə çalışırlar ki, guya hərbi bazanın gələcəkdə Ermənistanda qalıb-qalmayacağı ilə bağlı müzakirələrə məhz Rusiya başlayıb.
“Ermənistanın hakim elitası çox vaxt ən mühüm qərarların xarici oyunçular tərəfindən qəbul edilməsini gözləyir”, – Kalugin deyib.
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto