Fransa polisi uşaqları tapdalayır - Zaxarova
Fransa polisi uşaqları əzib tapdalayır, Yelisey Sarayı səssiz qalır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Qərbi Avropanın mərkəzində polislə silahsız uşaqlar arasında “Buz döyüşü” gedir”, - o bildirib.
Qeyd edək ki, orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında İl-de-Frans bölgəsində başlayıb və bütün Fransaya yayılıb. İştirakçılar həddindən artıq çox dərs yükünə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları indiyədək beş mindən çox şəxsi həbs edib ki, bunların 90%-i yetkinlik yaşına çatmayanlardır.
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı