Astronomlar 10 milyard ildən çox əvvəl yaranmış və indiyədək qeydə alınan ən uzaq radio partlayışını aşkar ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Məlumata görə, FRB 20240304B adlandırılan radio partlayışı kainatın təxminən 3 milyard yaşı olanda baş verib:

“Bu siqnalın məsafəsi indiyədək belə siqnalların aşkarlanması üzrə qeydə alınmış əvvəlki rekord göstəricidən iki dəfədən çoxdur. Alimlər bu radio partlayışını Cənubi Afrikada yerləşən “MeerKAT” radioteleskopunun köməyi ilə aşkar edib, daha sonra NASA-nın “Ceyms Vebb” teleskopu vasitəsilə onun yarandığı qalaktikanı müəyyənləşdiriblər”.

Qeyd edək ki, sürətli radio partlayışları millisaniyələr ərzində Günəşin aylar və ya illər ərzində yaydığı qədər enerji buraxa bilən güclü radiodalğa impulslarıdır. 2007-ci ildən bəri astronomlar 10 mindən çox sürətli radio partlayışı qeydə alıblar.

Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video