Monteneqro hüquq-mühafizə orqanları Rusiyanın Kremlə yaxınlığı ilə tanınan “Rıbar” Teleqram kanalının yaradıcısı Mixail Zvinçuku saxlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Vijesti и Pobjeda” nəşri məlumat yayıb.

Məlumata görə, Zvinçuk, arvadı və kanalın bir neçə əməkdaşı bu gün səhər saatlarında Risan şəhərində Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyinin əməliyyatı çərçivəsində saxlanılıb.

Bildirilib ki, əməliyyat Britaniya və ABŞ hakimiyyətlərinin Kremlin təbliğatını yaymaqda ittiham etdiyi kanal şəbəkəsinin hibrid fəaliyyətinin qarşısını almaq məqsədi daşıyıb.

Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video