1691-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1691-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 259 174 PUA-sı, 672 zenit-raket kompleksi, 31 190 tank və digər zirehli texnikası, 1 786 reaktiv yaylım atəş sistemi, 36 691 artilleriya və minaatanı, 74 230 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video