Putin Şröderi görəndə təəccübləndi, tapşırıq verdi ki... - Peskov
Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Herhard Şröderin Moskvada olduğunu ad günündə onu televiziyada görəndə öyrənib.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, oktyabrın 7-də Putin televizorda Şröderin Moskvadakı "Qlobus" supermarketinə baş çəkməsi barədə süjeti izləyib.
“Putin keçmiş kanslerin Moskvaya gəlişinə təəccübləndi və onunla əlaqə yaradılması barədə göstəriş verdi. Mən də nə baş verdiyini heç cür anlamadım, amma onunla əlaqə saxlanılmasını və bura çağırılmasını istədim", - Peskov bildirib.
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Herhard Şröder Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək birlikdə dövlət başçısının ad gününü qeyd etmişdi.
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video