Zelenski xəbərdarlıq etdi: Bu qitədə aclıq olacaq
Əgər Ukraynada gərginlik səngiməsə, tezliklə Afrika, Asiya və Yaxın Şərqdə ərzaq təchizatı çatışmazlığı yaranacaq.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukrayna məhz bu bazarlara milyonlarla ton ərzaq ixrac edir, lakin Rusiya hazırda dəniz yolunu bağlayıb. ABŞ bunu hiss etmir, buna görə də diqqət yalnız enerjiyə yönəlib. Bu, növbəti bir çağırışdır. Söhbət aclıqdan gedir. Və bu, bir çox ölkəyə təsir edə bilər. Biz hər şeyi və hər kəsi düşünməliyik. Hamımız bu planetdə yaşayırıq. Həmçinin hələ başlamazdan əvvəl qarşısını ala biləcəyimiz bir çox müxtəlif böhranlar və dəf edə biləcəyimiz çətinliklər mövcuddur”, - Zelenski bildirib.
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil