ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında münasibətlər bir il əvvəl Ağ Evdə baş verən sözlü mübahisədən bəri ən aşağı həddə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

"Trampın Ukrayna prezidentinin dəyişdirilməsinə dair çağırışı və Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması tələbi Avropa liderlərinin ABŞ-ın Kiyevə dəstəyini qorumaq üçün 18 ay ərzində göstərdikləri səyləri təhlükə altına qoyur",- məlumatda deyilib.

Qeyd edək ki, daha öncə Tramp açıqlamasında Ukraynaya yeni lider lazım olduğunu bəyan edib.

Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı - Yenilənib Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı - Yenilənib