Bolqarıstanın Dunay çayının sahilində yerləşən Ruse şəhərində oktyabrın 11-də yeni bir temperatur rekordu qeydə alınıb - hava 33,7 dərəcə selsiyə qədər isinib.

BUTA.TV BTA-ya istinadən xəbər verir ki, həmin tarix üçün əvvəlki rekord 1924-cü ildə qeydə alınıb. O zaman havanın temperaturu 30,5 dərəcə təşkil edib.

Beləliklə, yeni göstərici əvvəlki rekordu 3,2 dərəcə üstələyib.

Rusedə oktyabrın 11-i üçün ən aşağı temperatur isə 1979-cu ildə qeydə alınıb. Həmin gün havanın temperaturu cəmi 1 dərəcə isti olub.

Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı - Yenilənib Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı - Yenilənib