Uitkoff və Kuşnerin Moskvaya səfəri təxirə salındı
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin oktyabrda Moskvaya səfəri təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Ukrayna və Avropa müttəfiqlərinin Vladimir Putinə təqdim olunacaq yeni təkliflə razılaşmağa hazır olub-olmadıqları aydınlaşana qədər ABŞ nümayəndələri Rusiya paytaxtına səfər etməyəcəklər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin oktyabrın sonunda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcəkləri barədə məlumat yayılmışdı.
Kadırov Bakıya niyə gəldi? - Səbəblər