Belarusda KTMT-nin “Sarsılmaz Qardaşlıq-2026” və “Maneə-2026” hərbi təlimləri başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlərdə beş ölkədən 1500-dən çox hərbçi, 300-dən çox silah, hərbi və xüsusi texnika, eləcə də 80-ə yaxın dron iştirak edir:

“Təlimlərə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentləri qatılıb. Təlimlər KTMT-nin kollektiv qüvvələri tərəfindən sülhməramlı əməliyyatların hazırlanması və keçirilməsinə, həmçinin bu qüvvələrin məsuliyyət zonasında bioloji təhlükə mənbələrinin aradan qaldırılmasına yönəlib”.

Qeyd edək ki, Ermənistan təlimlərə qatılmayıb.

Hörmüzdə tanker hücuma məruz qaldı - Təsdiq Hörmüzdə tanker hücuma məruz qaldı - Təsdiq