Özge Gürel Bakıda - “44”ün premyerasına qatılacaq - Fotolar
Foto
Türkiyənin məşhur aktrisası Özge Gürel Bakıya gəlib.
“BUTA.TV” xəbər verir ki, o, oktyabrın 12-də “44” bədii filminin premyera mərasimində iştirak etmək üçün paytaxtımıza üz tutub.
Aktrisa bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələri və pərəstişkarları tərəfindən qarşılanıb.
Jurnalistlərin suallarını cavablandıran Özge Gürel Azərbaycana ilk dəfə “44” filminin çəkilişlərinə görə gəldiyini deyib: “Ssenarini ilk oxuduğum gündən məni çox həyəcanlandıran bir layihə idi. Eyni zamanda, mən Azərbaycana, Bakıya heç vaxt gəlməmişdim. Bura gəlmək, burada vaxt keçirmək, üstəlik, sizin üçün bu qədər əhəmiyyətli bir hekayədə yer almaq mənim üçün böyük qürur mənbəyidir. Bu, həqiqətən də, çox qürur duyduğum bir təcrübədir. Ona görə də çox həyəcanlıyam.
İlk növbədə, filmi çox maraqla gözləyirəm. Hələ izləməmişəm, mən də sabah premyerada baxacağam. Treylerlər isə inanılmaz dərəcədə gözəl görünür”.
Qeyd edək ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim ediləcək.
Lamiyə Məmmədova
Foto: Pərvin Zeynal
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı - Yenilənib




