Pakistanın Kvetta şəhərində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, Pakistan Ordu Aviasiyasına məxsus “Muşşak” təlim təyyarəsi günorta saatlarında Navan Killi ərazisində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan mayor və kapitan rütbəli iki pilot şəhid olub.

“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil