Husilər Səudiyyədə yaşayış evinə zərbə endirdi
Husi üsyançıları Səudiyyə Ərəbistanının cənubunda Nəcran şəhərinə raket zərbəsi endirib.
BUTA.TV xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.
Bildirilib ki, mərminin yaşayış məntəqəsinə düşməsi nəticəsində 6 nəfər xəsarət alıb. Üç evə və üç avtomobilə ziyan dəyib.
Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia