Zelenskidən Putinə cavab: Bu ərazilər nəzarətimizdədir!
Ukrayna Prezidenti Vladimir Zelenski Dobropolye, Konstantinovka, Alekseyevo-Drujkovka, Orexov, Novopavlovka, Novoandreyevka və Velikomixaylovkanın Ukraynanın nəzarətində olduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Dobropolyenin ələ keçirilməsi ilə bağlı son bəyanatını şərh edərkən danışıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ordusu Dobropolyedə Rusiya qüvvələrinin hücum cəhdlərinin qarşısını alır və onların mövqelərə sızmasına imkan vermir. O, Donetsk, Xarkov və Zaporojye vilayətlərinin digər istiqamətlərində də Ukrayna hərbçilərinin mövqelərini qoruduğunu qeyd edib.
Ukrayna Prezidenti bildirib ki, payızın əvvəlindən ölkə ordusu Rusiyanın ələ keçirə bildiyindən daha çox ərazini azad edib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri cəbhədə təzyiqi davam etdirir və Zaporojyedən 20 kilometr məsafədə Rusiya hərbçilərini məhv edir.
Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia