Fransada davam edən iğtişaşlar zamanı etirazçılar mağazaları talayırlar.

BUTA.TV xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Ölkəni bürüyən talan, dağıntı və yanğınlar dalğasından zərər çəkənlər arasında məşhur “Louis Vuitton”, “Hugo Boss”, “Galeries Lafayette” mağazaları da var.

Həmçinin “Əpl” və “Hermes” mağazalarına, digər müəssisələrə, eləcə də ictimai binalara və nəqliyyat vasitələrinə hücumlar edildiyi bildirilir.

Rəsmi məlumatlara görə, nümayişlərdə təxminən 550 000 nəfər iştirak edib. Etirazların böyük əksəriyyəti dinc xarakter daşısa da, Paris, Marsel, Lion və Lil kimi şəhərlərdə zorakılıq halları qeydə alınıb.

BFM TV-nin jurnalisti Dominik Rize mənbəyə istinadla bildirib ki, küçə iğtişaşları səbəbindən Paris sakinləri polisə zəng edərək telefonda ağlayırlar.

Dünən Marselin mərkəzində, etiraz aksiyaları ilə müşayiət olunan iğtişaşlar zamanı çoxsaylı mağazalar talan edilib. Məlumata görə, ticarət mərkəzlərinin yerləşdiyi küçələrdə etirazçılar geyim mağazaları, məişət texnikası dükanları, kosmetika və zinət əşyaları mağazaları, ərzaq dükanları və çörəkxanalar da daxil olmaqla, onlarla müxtəlif ticarət obyektinə hücum ediblər.

Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı - NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı - NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ