ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin nisbəti rekord həddə geriləyərək 33%-ə düşüb.

BUTA.TV xəbər verir ki, bu barədə "Vaşinqton Post", ABC və "Ipsos"un keçirdiyi birgə rəy sorğusunda bildirilir.

Sorğuda iştirak edənlərin 72%-i ABŞ-ın yanlış istiqamətdə irəlilədiyini, 65%-i isə İranla müharibənin səhv qərar olduğunu düşünür. Trampın iqtisadi siyasətini dəstəkləyənlərin sayı da 28%-ə düşüb.

Sorğu oktyabrın 9–13-də 2545 yetkin amerikalı arasında keçirilib.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək.

“Qarabağ”dan “Neftçi”yə son dəqiqə şoku - Video-Yenilənib “Qarabağ”dan “Neftçi”yə son dəqiqə şoku - Video-Yenilənib