Bakıda fəaliyyət göstərən “Çıraq” şadlıq sarayında qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklərin təqdim olunduğu iddia edilir. Narazılığa səbəb olan hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

BUTA.TV xəbər verir ki, şikayətçinin sözlərinə görə, məclis zamanı qonaqlara təqdim edilən yeməklərin keyfiyyətindən narazılıq yaranıb. İddia olunur ki, etirazlardan sonra həmin yeməklər masalardan yığışdırılıb.

Hadisə ilə bağlı yayılan videoda şadlıq sarayında yeməklərin qonaqlara təqdim edildiyi görünür. Lakin görüntülərdən ətin həqiqətən xarab olub-olmadığını müəyyən etmək mümkün deyil.

Qeyd edək ki, səsləndirilən iddiaların təsdiqi üçün müvafiq qurumların araşdırması və şadlıq sarayının mövqeyi vacibdir. Hələlik restoran rəhbərliyinin məsələ ilə bağlı açıqlaması təqdim edilməyib.


“Qarabağ”dan “Neftçi”yə son dəqiqə şoku - Video-Yenilənib “Qarabağ”dan “Neftçi”yə son dəqiqə şoku - Video-Yenilənib