Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“BUTA.TV” xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

“Dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır”.

Yunis Quliyev

Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı - NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ Ramiz Mehdiyevin şirkətinin marketinq müdiri işdən çıxdı - NAZİR YÜKSƏK VƏZİFƏ VERDİ