İtaliyanın bir sıra iri şəhərlərində qiymət artımları ilə bağlı etiraz aksiyaları başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Milanda aksiya iştirakçıları polislərə daş atıb, quraşdırılmış barrikadaları yandırıb və talançılıq edib.

Təxminən 50 nəfər saxlanılıb. Həm etirazçılar, həm də polislər arasında xəsarət alanların olduğu bildirilir.

Eyni zamanda, Turin və Boloniyada da etiraz aksiyaları keçirilib.

Nümayişçilər yüksək qiymətlərə, yanacağın bahalaşmasına, aşağı əmək haqlarına və vergi yükünə qarşı etiraz edirlər.

Baş nazir Corciya Meloni məsələ ilə bağlı sosial şəbəkələrdə “Nümayişlərdə iştirak etmək hüquqdur. Şəhərlərimizə od vurmaq isə yox" yazıb.

“Qarabağ”dan “Neftçi”yə son dəqiqə şoku - Video-Yenilənib “Qarabağ”dan “Neftçi”yə son dəqiqə şoku - Video-Yenilənib