Qurban Qurbanov "xəbərim yoxdur" dedi - Maqsud Adıgözəlov, Balakişi Qasımov, Sərxan Hacıyev də bunu etməz
AFFA-nın Media Departamentində 8 əməkdaşın işdən çıxarılması ilə bağlı yeni məlumat var. Federasiyanın baş katibi Cahangir Fərəcullayev işdən çıxarılanlara qərarın İcraiyyə Komitəsi tərəfindən verildiyini deyib.
Bununla bağlı İK üzvü olan Qurban Qurbanova sual verilib. Lakin Qurbanov məsələdən xəbərdar olmadığını, onun iştirakı ilə keçirilən son iclasda belə bir məsələnin müzakirəyə çıxarılmadığını deyib.
Maraqlıdır ki, Cahangir Fərəcullayev Media Departamentinin işindən narazılıq edilən iclasın onlayn formatda baş tutduğunu bildirsə də, kimlərin qatıldığı barədə məlumat verməyib. Ona görə də, bu mövzuda yalnız təxminlər etmək mümkündür.
İnsani keyfiyyətləri yüksən olan Balakişi Qasımov illərdi AFFA-da çalışan adamların karyerasına bir işarə ilə son qoyacaq adam deyil. Çıxarılanlar arasında Vətən müharibəsi iştirakçısı Mehman Əşrəfovun olması bunu ümumiyyətlə inandırıcı etmir. Çünki Balakişi müəllimin vətənpərvərlik mövzusuna necə həssas yanaşdığı hamıya məlumdur.
İK-nın digər üzvü Maqsud Adıgözəlov da həmçinin. Maqsud bəy məsələnin mahiyyətini bilmədən, araşdırmadan 8 işçinin çörəyi ilə oynayacaq şəxs deyil. Tanımadığı, bilmədiyi adamların işdən çıxarılmasını niyə tələb etsin ki? Etməz də!
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevi də belə məsələlərə həssas yanaşan insan kimi tanıyırıq. İşdən çıxarılan bir neçə əməkdaşın məhz Sərxan Hacıyevin rəhbərlik etdiyi FİFA U-20 dünya çempionatı ilə bağlı layihəsinə cəlb edilməsi onun da bu işlərin içində olmamasına işarədir.
Bəs, bu qədər adamın işdən çıxarılmasına əl qaldıranlar kim(lər) olub?
Mənbə: Sportal.az
“Qarabağ”dan “Neftçi”yə son dəqiqə şoku - Video-Yenilənib