ABŞ-dan AB-yə sərt xəbərdarlıq...
Avropa Birliyi (AB) "Starlink" də daxil olmaqla, Amerika texnologiya şirkətlərinə qarşı proteksionist tədbirlər tətbiq edərsə, ABŞ-ın sarsıdıcı cavabı ilə üzləşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın AB-dəki daimi nümayəndəsi Endryu Puzder deyib.
O bildirib ki, Brüssel ehtiyatlı olmalı və Amerika bazarının ölçüsünü nəzərə alaraq Vaşinqtondan güclü cavab almaq potensialını nəzərdən keçirməlidir:
"Amerika şirkətlərinin rəqabət qabiliyyətini azaltmaq hesabına Avropa şirkətlərinin rəqabət qabiliyyətini artırmaq olmaz".
Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia