“Austrian Airlines” aviaşirkətinə məxsus Təl-Əviv–Vyana reysi ilə uçan təyyarə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Bolqarıstanda təcili eniş edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, təhlükə barədə aviaşirkətə təyyarədə olmayan Avstriya vətəndaşı xəbər verib. Pilot Sofiya hava limanında təcili eniş etmək qərarına gəlib.

Sərnişinlər təyyarəni tərk edib, mütəxəssislər isə göyərtədə yoxlama aparırlar.

Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia