İspaniyanın tanınmış idman jurnalisti Kristobal Soriya "Real Madrid" – "Sevilya" matçındakı mübahisəli epizodla bağlı sərt bəyanatla çıxış edib.

“BUTA.TV” xəbər verir ki, o, matç hakimlərini Madrid təmsilçisinə güzəştə getməkdə və qarşılaşmanın taleyini dəyişməkdə ittiham edib.

K.Soriya bildirib: "Real Madrid" 10 nəfərlə qalmalı idi. Biabırçılıq! Xose Mourinyonun göz yaşları və "Real Madrid"in hakimlərə qarşı media təzyiqi istənilən nəticəni verdi. Arda Gülərin açıq-aşkar dirsək zərbəsi qırmızı vərəqə ilə cəzalandırılmalı və "Real Madrid" 28-ci dəqiqədə 10 nəfərlə qalmalı idi. Bu qərar verilmədiyi üçün matçın qalan hissəsinin və bütövlükdə yarışın gedişatı təhrif olundu!"

Yeri gəlmişkən, Arda Gülər sözügedən epizoddan cəmi bir neçə dəqiqə sonra, matçın 30-cu dəqiqəsində komandasının ilk qoluna imza atıb.



Əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - Əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - SON DƏQİQƏ