“Vikinq”dən bərabərlik qolu - Canlı-Yenilənir
Video
Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxacaq.
“BUTA.TV” xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə “Vikinq”lə qarşılaşacaq.
“Viking Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Hazırda turnir cədvəlində “Sabah” 3 xalla 25-ci, “Vikinq” isə 1 xalla 33-cüdür.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur
00:00. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)
Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy
VAR: Jeroen Maşkot (Niderland)
“Viking Stadium”
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.
Komandaların start heyətləri bəlli olub:
“Vikinq”: 1 Ostbo, 5 Heqheym, 6 Stennes, 25 Falçener, 28 K. Haugen, 7 Askildsen, 29 Moi, 26 Kvia-Egeskoq, 16 Byordal, 22 Botheym, 10 Tripiç.
“Sabah”: 92 Stas Pokatilov, 27 Timoteuş Puxaç, 4 Eyden Makkarti, 3 Stiv Solvet, 80 Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 21 Velko Simiç, 6 Abdulax Xaybulaev, 8 Kristian Nvaçukvu, 99 Patrik Mbina.
Matç başladı.
11-ci dəqiqədə Orfe Mbina hesabı açır.
Erik Botheym 27-ci dəqiqədə hesabı bərabərləşdirir.
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto