Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo “Yuventus” futbol klubunun maliyyə fırıldaqları ilə bağlı İtaliya prokurorluğunda ifadə verəcək.

BUTA.TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport" məlumat yayıb .

Məlumata görə, prokurorluq Ronaldoya 2020/21 mövsümündə pandemiya zamanı "kölgə" ödənişləri ilə bağlı klubla razılaşması ilə bağlı 47 sual verəcək. Futbolçunun nə vaxt ifadə verə biləcəyi hələlik məlum deyil.