Ançelotti “Real”la bağlı qərarını verdi
“Real”dan heç yerə getməyəcəm.
BUTA.TV xəbər verir ki, bunu “Real Madrid” klubunun italoyalı baş məşqçisi Karlo Ançelotti deyib.
“Məni qovmayana qədər buradan getməyəcəyəm”, - Ançelotti bildirib.
Qeyd edək ki, mətbuatda Ançelottinin növbəti mövsümdən etibarən Braziliya yığmasına rəhbərlik edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.