Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın və Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.