Nazir yeni rəis təyin etdi
Polis mayoru Namiq Musa oğlu İsmayılov Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax xətt Polis Şöbəsinə rəis təyin olunub.
BUTA.TV xəbər verir ki, bununla bağlı daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
O, bundan öncə Gədəbəy rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsində çalışıb.